AZ   |   RU
Tramp Putinlə mayın 19-da danışıqlardan sonra atəşkəsə ümid edir



ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq", – paylaşımda qeyd olunub.




  • Dünən, 21:01