AZ   |   RU
TAİB nümayəndələrinin adına Ankarada ağac əkiləcək - Sertifikatlar təqdim olundu

Türkiyə Qazi Universitetinin Orman Bölgə Müdirliyi ilə birgə həyata keçirdiyi yaşıllaşdırma layihəsi çərçivəsində TAİB-in adıçəkilən təhsil ocağını ziyarət etmiş nümayəndələrinin hər birinin adına Ankarada ağac əkiləcək. 

Missiya.Az xəbər verir ki, bunu təsdiq edən xüsusi sertifikatlar Qazi Universitetinin rektoru, professor Musa Yıldız tərəfindən TAİB nümayəndələrinə təqdim olunub.

TAİB-in nümayəndə heyətinə sədr, akademik Sudeif İmamverdiyev, Türk dünyası üzrə həmsədr Hulusi Kılıç, İdarə Heyətinin üzvü Məcid Hacıyev, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.



Baxış sayı: 87
  • 7-12-2022, 12:55