
14 iyun Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi Nizami rayonu 229 nömrəli tam orta məktəbdə də "Son zəng" günü kimi qeyd olunub.
Missiya.Az xəbər verir ki, "Son zəng" tədbiri öncə məktəbin 11-ci sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət himnini səsləndirilib.
Həmçinin, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış üçün ilk söz alan 229 nömrəli məktəbin direktoru Vüsalə Məmmədova məzun olan şagirdlərə uğurlar arzulayaraq bu təhsil ocağının fəaliyyətindən və nailiyyətlərindən danışıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva , YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri də öz fikirlərini bölüşüblər. Tədbirdə son zəng günü ilə bağlı layihənin əsas dəstəkçilərindən olan Missiya Media Qrupunun təmsilçiləri də iştirak edib.
Çıxışçılar, həmçinin Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı da danışaraq, Ulu Öndərin uğurlu siyasəti və Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıblar.
Son zəng tədbirində məktəbin 11-ci sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər.
Sonda isə 11-cilər üçün son zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.
Zərintac Mayisqızı
Missiya.Az