AZ   |   RU
Argentinada güclü zəlzələ baş verib

Argentinanın Santyaqo del Estero əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Missiya.Az APA-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələ ocağı 611 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.


  • 24-01-2023, 23:09