AZ   |   RU
“Şağan Olimpiya Kompleksində” Peşəkar Boks gecəsi keçirilib

MCM fight promotionun  prizidenti Cavidan Məmmədovun verdiyi məlumata görə 24 Sentyabr “ Şağan Olimpiya Kompleksində” Azərbaycan Peşəkar Boks komissiyasının dəstəyi, MCM Fight Promotion və TGA Promotion and Managementin birgə təşkilatçılığı ilə Peşəkar Boks gecəsi keçirilib.
 
Missiya.Az
xəbər verir ki, gecədə 14 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınamışdırlar. Yarışda yerli boksçulardan savayı əcnəbi boksçularda iştirak ediblər. Əsas döyüşü Azərbaycanlı İsyaev Seymur (8-0-0, 6 sı nokaut) ilə Pakistanlı Muhammad Bilal (10-2-1, 8 nokaut ) arasında UBO (Universal Boxing Organization) nun yüngül çüki üzrə Dünya kəməri uğrunda keçirilmişdir (UBO light weight World title).
Xatırladaq ki, UBO-nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq döyüş təşkil olunurdu. 

Azərbaycanlı boksçu texniki nokautla TKO (RTD), qalıb gəldi.  Rəqib 6-cı raunda çıxmaqdan imtina etdi və İsyaev Seymur bu doyuşdə qələbə  qazanaraq UBO-nun dünya kəmərini qazanan ilk Azərbaycanlı oldu.

Digər nəticələr isə aşağıdakılardır:

1. 79 kq qədər çəki dərəcəsində Cabbar İsmayılov - Yusif Həbilov. Yekdil qerar ilə Cabbar qələbə qazanıb;
2. 91 kq qədər orta ağır çəkidə Rövşən Məmmədov - Taryel Cəfərov (Taryel həmçinin TGA promotionun rəhbəridir), Taryel 2 raundda Texniki nokautla qalib gəldi;
3. 79 kq qədər çəki dərəcəsində Rəhim Əliyev - Fərid Bəylərov, Rəhim 3-cü raundda Texniki nokautla qalib gəldi;
4. İsyaev Seymur 61 kq qədər yüngül çəkidə UBO lightweight World Champion adını qazanıb;
5. 79 kq qədər çəki dərəcəsində Anar Hümbətov - Eldar Babayev. Anar zədə alaraq döyüşü davam etdirə bilmədiyindən Texniki nokautla Eldar qalib gəldi;
6. 91 kq qədər orta ağır çəkidə Coşqun Həsrətzadə - Sürət Qarayev. Sürət 3 raund nokaut ilə qalib gəldi;
5. 57 kq qədər çəki dərəcəsində Nadir Əhmədov - Nihat Abdullayev, yekdil qərar ilə Nihat qələbə qazandı.

Cavidan Məmmədov onuda qeyd edir ki, yaxın vaxtlarda MCM fight promotion və TGA promotion doğma Bankımızda dahada möhtəşəm boks gecələrini keçirməyi planlaşdırır və artıq  bu istiqamətdə hazırlıq işləri aparılır.

  • 26-09-2022, 13:07