AZ   |   RU
Rumıniya Prezidenti: “SGC Avropanın enerji təhlükəsizliyinin təminatında strateji əhəmiyyətini sübuta yetirib”

“Cənub Qaz Dəhlizi (SGC) istismara verilməsindən ötən 2 il ərzində şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini sübuta yetirib”.

Missiya.Az
xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı deyib.

K. Yohannisin sözlərinə görə, bu dəhliz Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin geosiyasi vəziyyəti kəskin şəkildə dəyişdiyi, xüsusən də enerji təhlükəsizliyindən bəhs etdiyimiz bir vaxtda daha da vacibdir: "Bu fonda Avropa İttifaqı və üzv dövlətlər etibarsız təbii qaz mənbələrindən asılılığı əhəmiyyətli dərəcədə azaltmaq üçün qətiyyətli addımlar atıb”, - o vurğulayıb.

Rumıniya dövlət başçısı əlavə edib ki, Avropanın enerji sahəsi ilə bağlı suallarına cavab həmrəylik, regional əməkdaşlıq və mənbələrin, həmçinin nəqliyyat marşrutlarının şaxələndirilməsini tələb edir: “Bunlar Cənub Qaz Dəhlizi kimi layihələrdə əksini tapmış əsas prinsiplərdir. 2022-ci ildə hamımız görünməmiş enerji problemləri ilə üzləşmişdik: "Təbii qaz çatışmazlığı və ya mövcud təbii qaz təchizatının olmaması, qiymət dəyişkənliyi, bazar turbulentliyi. Odur ki, bu çağırışlar hərtərəfli siyasət yürüdülməsini və tənzimləyici dəyişikliklər tələb edib. Cənub Qaz Dəhlizi ilə nəql olunan Azərbaycan təbii qazı regionun bir çox ölkələri üçün enerji təminatının qarantına çevrilib”.

  • 3-02-2023, 11:56