AZ   |   RU
ABŞ İranın vəzifəli şəxslərinə sanksiyalar tətbiq edib

ABŞ İranın vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ ötən həftə saxlanıldıqdan sonra dünyasını dəyişən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya qoyulub.

Bununla yanaşı, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə də sanksiya tətbiq edib. Ondan başqa daha beş şəxs də sanksiyalara məruz qalıb.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.





  • 22-09-2022, 19:18