AZ   |   RU
Hadisədən Azərbaycanla bağlı maraqlı paylaşım
 
Ötən gün Bakıda konsert verən Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycanla bağlı paylaşım edib. 

Missiya.Az xəbər verir ki, müğənni konsertdən görüntülərini instaqram hesabında paylaşaraq, elə Azərbaycan dilində “Mən səni sevirəm, Azərbaycan” şərhini yazıb.

Qeyd edək ki, ulduz səhnədə “Avroviziya-2009” mahnı müsabiqəsində ona verdiyimiz 12 xal üçün də Azərbaycana təşəkkür edib.

"Hörmətiniz, sevginiz üçün, 2009-da mənə 12 xal verdiyiniz üçün, mahnılarıma müşayətiniz və mənə özümü tək hiss etdirmədiyiniz üçün sizə dərindən təşəkkür edirəm. Yaxşı ki varsınız"- deyə Hadisə bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


   


  • 12-09-2022, 11:47