AZ   |   RU
Emin Ağalarov Alyona ilə İtaliyada istirahət edir - Foto

Azərbaycanın xalq artisti  Emin Ağalarov yayın son günlərini həyat yoldaşı, model Alyona Qavrilova və qızı Afina ilə İtaliyada keçirmək qərarına gəlib.

 Missiya.Az
xəbər verir ki,  məşhur müğənni istirahətindən olan görüntüləri sosial şəbəkədə yayımlayıb.

Ağalarovun ailə fotoları sosial media istifadəçilərini sevindirib. Müğənninin pərəstişkatları  paylaşdığı şəkilə "Sən qəşəngsən", "Sən yaraşıqlısan", "Nəhayət, sizi bir yerdə gördük",  - kimi şərhlər yazıb.

Xatırladaq ki, cütlük 2016-cı ildə münasibət qurub və toyları iki il sonra baş tutub. Tezliklə Emin və Alyona ailəsinin qız övladı Afina dünyaya gəlib.

Leyla Səməndər
Missiya.Az


  • 25-08-2022, 11:33