AZ   |   RU
ABŞ özünü dünyaya rüsvay etdi– Zaxarova

“Qərbin Rusiyanı informasiya təcridinə salmaq planları iflasa uğradı, ABŞ Rusiyaya qarşı elan etdiyi “səlib yürüşü” ilə özünü bütün dünyaya rüsvay etdi”. 

Missiya.Az
EurAsia-a istinadən xəbər verir ki, bunu bu gün, iyulun 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyovla canlı efirdə çıxışı zamanı deyib.

Rusiyalı diplomat ABŞ-ın bu cəhdlərini  "uzun illər oturduğu budağı kəsmək" kimi adlandırıb. ​​

Zaxarova daha sonra vurğulayıb:“Onlar söz azadlığını təmin edən konstitusiya dəyişikliyinə zərbə vururlar. Onlar başa düşməlidir ki, sadəcə olaraq uğursuzluğa düçar oldular, ölkəmizə qarşı elan edilmiş “səlib yürüşü” ilə yalnız özlərinə ziyan vurdular”


Teymur Aslanov
Missiya.Az








  • 26-07-2022, 16:29