AZ   |   RU
YAP, TAİB və UFAZ-ın birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində konfrans keçirilib - FOTOLAR

 
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan-Fransız Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Missiya.Az
 xəbər verir ki, tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi, ümummilli lider və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqları salamlayan UFAZ-ın İcraçı direktoru, YAP İdarə heyətinin üzvü Vazeh Əskərov Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti baədə  danışaraq, ölkəmiz üçün mühüm olan bəzi məqamları xatırladıb.

İcraçı direktor bildirib ki, hakimiyyətə gəldikdən sonra atəşkəsə nail olaraq, stabillik yolunu seçən Ulu Öndər ölkənin inkişafı üçün ilk növbədə iqtisadiyyatın dirçəldilməsinə böyük önəm verib, qısa zaman ərzində Avropa Birliyi və Avropa təssisatları ilə əlaqələr genişlənməyə başlayıb.

Türk Ağsaqqalları İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, Südeif İmamverdiyev öz çıxışında Naxçıvanın blokadada olduğu vaxtda ümummilli liderin onu qorumaq üçün əlindən gələni əsirgəmədiyi barədə öz xatirələri, habelə Fransa, İngilitərə, ABŞ, İtaliya və Vatikana səfərlərindən söz açıb.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kiçik film nümayiş olunub.

Konfransda YAP İdarə Heyətinin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Akademik Əli  Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru  Əfsun Sucayev də çıxışlarında Ulu Öndər siyasətinin bu günkü Azərbaycanın inkişafında qoyduğu izləri xüsusi vurğulayıblar.

Tədbirdə  TAİB sədri Südeif İmamverdiyev Vazeh Əskərova təşkilat adından təşəkkürnamə təqdim edib.

Zərintac Mayisqızı
Missiya.Az


             



  • 30-05-2023, 16:32