AZ   |   RU
Ukrayna hərbçiləri Litvada L-70 zenit sistemləri üzrə təlim keçiblər
 
İki həftə ərzində ukraynalı müdafiəçilər Litvada L-70 zenit sistemləri üzrə təlim keçiblər.

Missiya.Az
xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “ Tviter ” səhifəsində yazıb.

"Litvanın Ukraynaya son hərbi dəstəyi sursatla birlikdə bir neçə L-70 zenit silahıdır. Son iki həftə ərzində Litvada ukraynalı təlimatçılar bu silahların istismarı üzrə təlimlərdə iştirak ediblər", - deyə o qeyd edib.

Bundan əlavə, Litva Silahlı Qüvvələri Ukrayna hərbi təlimlərinin bəzi təfərrüatlarını açıqlayıb . 

“Bəli, müdafiəçilərimiz döyüş hazırlığı, düşmən təyyarələrinin, helikopterlərinin, məsafədən idarə olunan təyyarələrinin məhv edilməsi, texniki xidmət və xırda təmir işləri aparıblar”,-deyə Litvanın müdafiə naziri vurğulayıb.

Nazirin sözlərinə görə, onlar peşəkar taktika, yol hərəkətinin tənzimlənməsi və nəzarəti, xüsusi texnikadan istifadə, əməliyyatın planlaşdırılması və mühüm şəxslərin mühafizəsi üzrə biliklərini təkmilləşdiriblər.

Bundan əlavə, Litva prezidenti Gitanas Nauseda tərəfdaşları qondarma "qırmızı xətləri" keçməyə və Ukraynaya döyüş təyyarələri göndərməyə çağırıb .
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 7-02-2023, 17:51