AZ   |   RU
“Zelenski Brüsselə səfər edəcək” - “Financial Times”

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitində iştirak etməyi planlaşdırır.

Missiya.Az
xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilir ki, Zelenski Avropa Parlamentinin təhlükəsizlik problemləri ilə bağlı təklif olunan plana uyğun olaraq növbədənkənar sessiyasında çıxış edəcək.

“Təhlükəsizlik problemləri Ukrayna prezidentinin səfərini poza bilər”, - deyə mənbə vurğulayıb.

Qeyd edək ki, bu Zelenskinin Rusiyanın tammiqyaslı işğalından sonra xaricə ikinci səfəri olacaq. 

Xatırladaq ki, Ukrayna lideri dekabr ayında ABŞ-ın paytaxtı Vaşinqtona səfər etmişdi.


Daşqın Həsənov
Missiya.Az


  • 6-02-2023, 15:46