AZ   |   RU
Almaniyadan 17 milyard avroluq HHM sistemi
 
Almaniya hökuməti bir neçə hava hücumundan müdafiə sistemlərindən ibarət “çox qatlı” raket əleyhinə qalxan yaratmaq niyyətindədir.

Missiya.Az
Bloomberg”ə istinadən xəbər verir ki, yeni kompleksə təxminən 17 milyard avro xərclənəcək. 

Agentliyin mənbələrinə görə, perspektivli raket əleyhinə qalxan Almaniya və qonşu ölkələri qoruyacaq. Almaniya Müdafiə Nazirliyinin sözçüsü yalnız IRIS-T sistemlərinin tədarükü ilə bağlı danışıqlar faktını təsdiqləyib.

Həmçinin bildirilib ki, Polşanın hava məkanını qorumaq və NATO-nun şərq cinahını gücləndirmək üçün vəd edilmiş üç Patriot zenit-raket eskadrilyasından ikisinin Almaniyadan Polşaya köçürülməsinə başlanılıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 53
  • 2-02-2023, 11:53