AZ   |   RU
"Etirazlarda tutulan qadınların zindanda vəziyyəti çox yaxşıdır" - İran rəsmisindən növbəti yalan

İranda molla rejiminin həyasızlığı artıq pik həddə çatıb.

Missiya.Az
xəbər verir ki, İran rejiminə beynəlxalq təşkilatların və medianın qanunsuz olaraq həbs edilən etirazçı qadınların həbsxanada zorlanması ilə əlaqədar artan təzyiqlərinin "qarşısını almaq" üçün rejimin ailə və qadın məsələləri üzrə vitse-prezidenti Ənisə Xəzəli belə deyib:

"Mən zindanlara baş çəkdim.  İğtişaşlarda tutulan qadınların həbsxanası universitet yataqxanalarına bənzəyir. Onların da "hava almaq" imkanı var idi!”.

Ənisə Xəzəli içəridə havanın olması yalanını hətta az qala Xamenei uğuru kimi qələmə verməkdən belə çəkinməyib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-12-2022, 16:29