AZ   |   RU
Biz Ukraynada daha çox əraziləri ilhaq etməyi planlaşdırmırıq- Peskov
 
“Gündəmdə belə bir şey yoxdur. Rusiyaya yeni qoşulan bəzi ərazilərdə işğal olunmuş torpaqların azad edilməsinə ehtiyac var”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Dmitri  Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Ukraynada daha çox bölgəni ilhaq etməyi planlaşdırmadıqlarını bildirib.

Peskov vurğulayıb ki, Kiyev administrasiyası istəsə, münaqişələr sabah da bitə bilər və Ukrayna prezidenti Volodimir Zelenski bu vəziyyətdən xəbərdardır.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-12-2022, 18:00