AZ   |   RU
Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
 
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin dekabrın 8-9-da Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr çərçivəsində İstanbula gələcək.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sabah və dekabrın 9-da Verşinin və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında məsləhətləşmələr keçiriləcək. 

İstanbulda keçiriləcək görüş çərçivəsində Suriya, Liviya və Fələstin kimi regional məsələlərin, Birləşmiş Millətlər Təşkilatının Taxıl Sazişinin icrası kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 101
  • 7-12-2022, 17:06