AZ   |   RU
"İnanırıq ki, Binəli Yıldırımın rəhbərlik etdiyi Ağsaqqallar Şurası Türk birliyinə bənzərsiz töhfələr verəcək" - TAİB sədri

"Türk Ağsaqqalları İctimai Birıiyi - TAİB-in məqsədi Türk ölkələri vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafına töhfə vermək, eləcə də türk aydınları, düşüncə adamları, elm və mədəniyyət xadimlərinin ümumtürk ideyaları uğrunda birgə fəaliyyətini vahid müstəvi üzərinə gətirməkdir. Bizim yaratdığımız nümunə ictimai təşəbbüsdür və düşünürük ki, ictimai düşüncənin aktiv fazada olması proseslərin dinamikasına ancaq müsbət təsirlər göstərə bilər". 

Missiya.Az
xəbər verir ki, bunu mediaya açıqlamasında Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev deyib.

Türk xalqları arasında inteqarasiyanın sürətlənməsinin əhəmiyyətindən danışan TAİB sədri hesab edir ki, prosesə müsbət impulslar verəcək bütün vasitələrdən mümkün qədər istifadə olunmalıdır:

"Unikal imkanlardan biri isə qeyri-hökumət təşkilatlarının malik olduğu potensialı bəlli hədəflərə doğru yönəltməkdir. Biz - Azərbaycanda yaradılmış, ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün dövət səviyyəsində atılan sistemli addımlardan yararlanan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ictimai təşəbbüskarlığa verdiyi önəmdən ruhlanan qeyri-hökumət təşkilatı olaraq proseslərdə müşahidəçi yox, iştirakçı olmağa çalışırıq. Ötən 1 il 5 aylıq dövrü əhatə edən fəaliyyətimiz də göstərdi ki, düşüncələrimizdə yanılmırıq, Türk birliyinin möhkəmlənməsində QHT-lər həqiqətən də nəzərəçarpan rol oynaya bilərlər. Bunu TAİB-in yaratdığı geniş əlaqələrə, təşəbbüslərimizin dəstəklınməsinə, Türk ölkələrinin QHT-ləri ilə birgə layihələr həyata keçirmək təkliflərimizin böyük maraqla qarşılanmasına, eləcə də müxtəlif Türk ölkələrində apardığımız əyani müşahidələrə əsaslanaraq deyirik". 

Sudeif İmamverdiyev qeyd edib ki, bu gün TAİB Türk dünyasında mədəni-sosial və ictimai əlaqələrin inkişafında fəal iştirak edir və bununla həm də Türk dünyasının biriliyi yönündə heyrətamiz siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin atdığı tarixi addımlara öz dəstəyini ifadə etməyə çalışır:

"Cənab Prezident Türk dünyası, onun gələcəyi və perspektivləri barədə hər çıxışı ilə bizim yolumuzu müəyyənləşdirir. Hədəfləri o qədər aydın və dəqiq göstərir ki, əlavə bir izaha ehtiyac qalmır. TAİB-in fəaliyyət proqramı da elə verilən mesajlara əsaslanır".

Akademik TAİB-in Türk Dövlətləri Təşkilatı yanında  
Ağsaqqallar Şurasının fəaliyyətini diqqətlə izlədiyini də bildirib. Onun fikrincə yeni dünyada Türk Birliyinin önəmli yer tutması, və ciddi təsir imkanlarına malik olması üçün ağsaqqalların bilik və təcrübəsi əvəzsiz rol oynayacaq: 

"TAİB olaraq fəaliyyətimizin daha səmərəli qurulması və atılan addımların effektivliyinin təmin olunması üçün dəyərli Binəli bəy Yıldırımın rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının mövqeyinə və məsələlərə baxışına xüsusi önəm veririk. Azərbaycanın sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü, hörmətli Həsən Həsənovla oktyabr ayında keçirdiyimiz görüşdə də bu məsələlər ətrafında geniş söhbət apardıq. Həsən müəllim fəaliyyətimizi və təşəbbüslərimizi yüksək qiymətləndirib öz tövsiyyələrini verdi. Həmin görüşdə öz qənaətimizi də aydın şəkildə ifadə etdik. Bildirdik ki, Türk dünyasının ağsaqqalları və ağsaqqalların yaratdığı ictimai birliklər Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının patronajlığı, himayəsi altında arzuladığımız birliyə bənzərsiz töhfələr verəcəklər və bizim həm Şuraya, həm də onun sədri, zəngin təcrübəyə və yüksək idarəçilik imkanlarına malik dəyərli Binəli Yıldırıma inamımız tamdır".

Sudeyif İmamverdiyev sonda TAİB-in gələn il Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edəcəklərindən də danışıb:

"Növbəti il üçün də proqamımız zəngindir. Ən böyük tədbirimiz əlbəttə ki, Ulu Öndərin 100 illiyinə həsr olunacaq. Artıq hazırlıqlara başlamışıq. İstədiyimiz odur ki, təşkil edəcəyimiz konfrans Ulu Öndərin adına, keçdiyi şərəfli yola və yazdığı əzəmətli tarixə layiq olsun. Hazırda Türkiyənin müvafiq dairələri və ictimai təşkilatları ilə məsləhətləşmələr, müzakirələr aparırıq.

Bundan başqa,Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə də bağlı Bakıda konfrans düzənləməyi düşünürük".

Baxış sayı: 98
  • 5-12-2022, 11:22