AZ   |   RU
Çavuşoğlu italiyalı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Antonio Tajani ilə görüşüb. 

Missiya.Az
“TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu özünün “tviter” hesabında məlumat yayıb.

Bildirilir ki, İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun ev sahibliyi ilə keçirilən 8-ci MED Aralıq dənizi Dialoq Forumunda iştirak etmək üçün Romada səfərdə olan Çavuşoğlu italyan həmkarı ilə “Parco dei Principi” otelində keçirib. 

“Romada görüşdüyümüz İtaliya xarici işlər naziri ilə Ukrayna və Liviyadakı hadisələri, iqtisadi və müdafiə sənayesi əməkdaşlığımızı müzakirə etdik”, - deyə Çavuşoğlu vurğulayıb. 

İki nazirin görüşü ilə bağlı diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüş təxminən yarım saat davam edib və Çavuşoğlu Tajanini yeni vəzifəsi münasibətilə təbrik edib. 

“Tajani İstanbul Taxıl Müqaviləsi ilə bağlı Türkiyəyə təbriklərini də çatdırıb. Görüş zamanı Ukrayna və Liviya, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq və müdafiə sənayesi əməkdaşlığı da müzakirə edilib. Tajani həmçinin 2023-cü ildə iki ölkə arasında işgüzar şura iclasının keçirilməsini təklif edib”, - deyə qeyd olunub.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 137
  • 2-12-2022, 17:39