AZ   |   RU
Avropa İttifaqı bərpa olunan enerji məhsullarına üz tutub

Avropa İttifaqı keçən il ümumilikdə 15,2 milyard avro dəyərində külək turbinləri, günəş panelləri və bioyanacaq kimi müxtəlif bərpa olunan enerji məhsulları idxal edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, 2021-ci il üçün Avropa İttifaqına üzv ölkələrin yaşıl enerji məhsullarının idxalı ilə bağlı məlumatları Avropa Statistika İdarəsi (Eurostat) dərc edib.

Avropa ölkələri enerji sahəsində xarici asılılığı azaltmaq üçün xüsusilə bərpa olunan enerjiyə investisiyalarını artırmaq istəyirlər.

Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı yaşayan Avropada bərpa olunan sərmayələri daha da sürətləndirmək üçün səylər göstərilir.

Aİ ölkələri 2030-cu il üçün bərpa olunan enerji hədəflərini 40 faiz səviyyəsində müəyyənləşdiriblər.  

Leyla SƏMƏNDƏR
Missiya.AZ


Baxış sayı: 95
  • 28-11-2022, 17:58