AZ   |   RU
"Türkiyə təhdidlərə son qoysun, Yunanıstanın yanındayıq! - Aİ rəsmisi

“Türkiyə təhdidlərə son qoymalıdır, biz Yunanıstanın yanındayıq”.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano deyib.

O, bildirib ki, Türkiyə mehriban qonşuluq münasibətləri və beynəlxalq hüquqa hörmət çərçivəsində bütün Avropa İttifaqı ölkələrinin suverenliyinə hörmət etməlidir.

Yunanıstanın Aİ-nın üzvü olduğunu xatırladan Stano Türkiyəni gərginliyi azaltmağa və təkcə Yunanıstanla deyil, bütün ittifaq ölkələri ilə konstruktiv əməkdaşlıq yolu tutmağa çağırıb.

“Türkiyənin təhdid dolu ritorikaya son qoymasını gözləyirik” deyən Stano Aİ-nın Yunanıstanla həmrəy olduğunu qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 28-09-2022, 12:02