“Ermənistan baş naziri Nikol Paşinyan hər hansısa sənədi imzalamaqdan qorxur. Çünki O, hansı sənədi imzalayırsa, ona satqın türk deyirlər”.
Missiya.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın eks prezidenti Levon Ter-Petrosyan deyib.
O bildirib ki, bütün həll məsələləri ermənilər üçün pis olacaq.
“Əksər insanlar hesab edirlər ki, Paşinyandan o sənədlərə imza atmaqdan boyun qaçırarsa, ağrılı həll yollarından qaçmaq mümkün olacaq, lakin bu sadəlövlükdür. İndiki halda kim hakimiyyətə gələrsə, bundan da pis sənədə imza ata bilər”, - deyə Ter-Petrosyan vurğulayıb.
“Bəli, Ermənistan təslim oldu. Bu bizim istəyimiz deyildi, şərait belə gətirdi. Mən də çox səhvlər etmişəm, ama bu istiqamətdə yox”, - deyə Ter-Petrosyan qeyd edib.
Daşqın Həsənov
Missiya.Az