Rusiya prezidenti Vladimir Putin səfərbərlik haqqında fərmanının 7-ci bəndi bir milyon insanın hərbi xidmətə çağırılmasına icazə verir.
Missiya.Az xəbər verir ki, bu barədə “Novaya” qəzeti məlumat yayıb.
Mənbə bildirib ki, bu fərmanı hazırlayarkən 7-ci bənd gizli tutulub.
“Həmin bənddə 1 milyon insanın səfərbərliyə çağırılması nəzərdə tutulub” – deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Putin səfərbərlik haqqında fərman imzaladıqdan sonra, 7-ci bəndin gizli saxlanılması bir çox müzakirələrə səbəb olmuşdu.
Daşqın Həsənov
Missiya.Az