“Rusiya BMT tərəfindən ədalətli şəkildə cəzalandırılmalı və Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququ əlindən alınmalıdır”.
Missiya.Az haber7.com-a istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına video-müraciətində Ukrayna prezidenti Volodimir Zelenski söyləyib. Zelenski, həmçinin Ukraynanın İzyum şəhərində aşkar edilən kütləvi məzarlıqdan da, danışıb və bildirib ki, Rusiya beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır: “Rusiya Ukraynaya və xalqımıza qarşı cinayət törədib. Ona görə də dövlətimiz Rusiyanın törətdiyi cinayətlərə görə ədalətli cəza tələb edir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququ əlindən alınmalıdır" - deyə, o, vurğulayıb.
Qeyd edək ki, Ukrayna prezidenti müraciətində, Ukraynanın, Avropanın və dünyanın sülh, yalnız Vladimir Putinin müharibə istədiyini deyib: “Ukraynada sülhün təmin olunmasının yolu təcavüzkara qarşı tətbiq edilən sanksiyalardır” Zelenski Rusiyanın “terror dövləti” olduğunu və ölkəsində törədilən cinayətlərə qarşı xüsusi məhkəmə qurulmasının gərəkliliyini əlavə edib: “Provokasiya edən biz deyilik. Müharibədən qaçmaq üçün 88 görüş keçirilib. Rusiya bu təcavüz cinayətini dayandırmaq əvəzinə onu böyük bir işğala çevirib”. O, həmçinin Rusiya ilə sülh üçün 5 bəndlik qanun məsələsinə də toxunub.
Zərintac MAYİSQIZI
Missiya.Az