AZ   |   RU
Şəmkirdə 2 uşaq anasının qətlinin bəzi təfərrüatı məlum olub

Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Missiya. Az
xəbər verir ki, hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • 4-02-2023, 19:55