AZ   |   RU
Nazir: "Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalır"

Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.

Missiya.Az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"İqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir", - M. Cabbarov qeyd edib.

Nazir bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13,054 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.

Hesabat dövründə ölkədə 10,384 milyard manatlıq (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) kənd təssərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorundan 197,3 milyon ton (+12,9 %) yük, 1,466 milyard (+35,5 %) nəfər sərnişin daşınıb, 2,434 milyard manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

  • 19-12-2022, 11:32