AZ   |   RU
Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialı açıqlanıb

Azərbaycanın azad edilmiş ərazilərinin günəş və külək enerjisi potensialı təxminən 10 000 MVt-a yaxındır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu müsahibəsində sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.

Ə.Abbasovun sözlərinə görə, bu Azərbaycanın ümumi tələbatından çoxdur:

“Bilirsiniz ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamı var və bu sərəncama uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Bizim institutumuz bu plana uyğun olaraq azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsində aktiv iştirak edəcək. Bu isə ölkəmiz üçün çox vacib məsələdir".

Onun sözlərinə görə, bu gün Azərbaycanın bərpa olunan enerji mənbələrinə olan tələbat 7 900-8 000 MVt-dır: "Ona görə də bütün bunlar hamısı planlaşdırılmaldır. Artıq bizə tapşırılıb ki, kompüterlərin köməyi ilə mövcud potensialın riyazi hesablamasını, modelləşdirməsini aparaq və optimal variant təqdim edək”.




  • 28-11-2022, 16:21