AZ   |   RU
Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmasını tələb edir

Ukrayna ilə Rusiya arasında müharibə davam edərkən, Ukraynadan müxtəlif müraciətlər gəlməyə davam edir.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ukrayna təşkilata üzv dövlətləri Rusiyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından və ümumilikdə BMT-dən çıxarmaq üçün hüquqi addımlar atmağa çağırıb.
 
Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın o vaxtkı lider Boris Yeltsinin səyləri sayəsində “qeyri- qanuni” BMT TŞ-yə üzv qəbul edildiyi iddia edilir.
 
Bəyanatda qeyd olunub ki, Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub.
 
Rusiyanın BMT üzvünə yaraşmayan hücum siyasəti yürütdüyü vurğulanan açıqlamada, "Rusiya Federasiyasının hərəkətləri dinclik anlayışına ziddir" ifadəsi işlədilib. 
 
Rusiyanın 2014-cü ildən bəri Ukraynanın bəzi hissələrini qeyri-qanuni ilhaq etdiyi və 24 fevraldan etibarən Ukraynaya hücum etdiyi vurğulanan açıqlamada, "Rusiya Federasiyasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı törətdiyi cinayətlərin coğrafiyası Ukraynanın sərhədləri daxilindədir..” ifadələrinə yer verilib.
 
Hesabatına görə, Rusiya 1991-ci ildən bəri 31 dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyub və BMT-yə üzv dövlətləri Rusiyanı BMT Təhlükəsizlik Şurasının və ümumilikdə BMT-dən çıxarmaq üçün lazımi hüquqi addımları atmağa çağırıb.
 
Aqil Musa
Missiya.Az

  • 27-12-2022, 10:49