AZ   |   RU
Xocalı cəlladları bir araya gəldi - Ermənistan eks prezidentlərinin gizli görüşündə nələr oldu?

Sentyabrın 22-də Ermənistan Respublikasının birinci, ikinci və üçüncü prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan bütün ermənilərin katolikosu II Kareginlə görüşüblər.

Missiya.Az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas iştirakçıları qapalı görüşdə nələrin müzakirə olunduğunu açıqlamasalar da, bəzi detallarla bağlı məlumat yayıblar.

Məlumatda bildirilir ki, görüş zamanı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan keçmiş dövlət başçılarına çətin geosiyasi vəziyyətdə hakimiyyət uğrunda mübarizəni bir kənara qoymağı və hökumətin yanında durmağı təklif edib. 

“İndi hakimiyyət uğrunda mübarizə aparmaq deyil, birləşmək və xarici düşmənə qarşı mübarizə aparmaq vaxtıdır”, - deyə Ter-Petrosyan vurğulayıb.

Lakin, Ter-Petrosyanın bu təklifi Robert Köçəryan tərəfindən rədd edilib. Köçəryan sərhəddəki vəziyyətdən asılı olmayaraq, Ermənistanda hakimiyyət dəyişikliyinə qədər mübarizə aparacağını bəyan edib. Üstəlik, Köçəryan Levon Ter-Petrosyanı məğlubiyyət və güzəşt siyasəti yürütməkdə də ittiham edib. 

Nəticədə keçmiş prezidentlərin görüşü yekun razılıq əldə olunmadan başa çatıb.

Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 166
  • 26-09-2022, 14:39