AZ   |   RU
İcra Hakimiyyətinin başçısı və millət vəkili Yeni Yasamal yaşayış massivinin sakinləri ilə görüşüblər - FOTO
Yasamal rayonu sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva birgə  səyyar qəbul keçiriblər.

Missiya.Az xəbər verir ki, qəbul Yeni Yasamal yaşayış massivindəki 308 saylı orta məktəbdə baş tutdu.Qəbula gələn yüzlərlə sakin birbaşa İcra Hakimiyyətinin başçısına və millət vəkilinə problemləri barədə sual vermək imkanı qazandılar. Qəbulda RİHB-nin müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Elşad Həsənov əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən  işlər barədə sakinlərə  məlumat verdi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, görülən tədbirlər əhalinin maddi güzəranının yaxşılaşdırılmasına xidmət edir və bu işlər bundan sonra da davam edəcək.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənildi. Yasamal sakinləri  orta məktəblərdə əlavə tədris korpusunun tikintisi, su təminatı, budanma, tikinti qaydaları, asfaltlanma və bir sıra sosial məsələlər qaldırdılar. Vətəndaşların səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.


Baxış sayı: 182
  • 29-04-2022, 16:14