AZ   |   RU
YAP Səbail rayon təşkilatında Nizamnamə tələblərinə dair tədbir keçirilib - FOTOLAR

YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının  nizamnaməsinin tələblərinin yerinə yetirilməsinə dair nəzarətin gücləndirilməsinə dair tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın yarandığı dövrdə Azərbaycandakı böhran vəziyyətdən danışıb. Qeyd edib ki, ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə islahatlar həyata keçirildi: “Heydər Əliyevin qətiyyəti, qüdrəti Azərbaycanı parçalamaqdan qurtardı, Azərbaycan gəncləri dövlətin qayğısı ilə himayə olunması və gənclərin dövlətin ətrafında birləşməsi üçün çox böyük işlər görüldü. 44 günlük Vətən müharibəsindəki Zəfərimizin təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.

Tədbirdə çıxış edən “91-lər”dən Allahverdi Hacıyevin sözlərinə görə, YAP Azərbaycanda və regionda yeganə partiyadır ki, müstəqilliyinə nail olmaq istədiyi dövlətin uğrunda çox çətin yollardan keçib. “YAP ilk olaraq azərbaycançılıq, dövlətçilik ideyasını qarşımıza qoydu. YAP-ın digər partiyalardan fərqi ondan ibarətdir ki, hakim partiya məhz bu prinsiplər üzrə fəaliyyətini davam etdirir. YAP təkcə yeni Azərbaycan dövlətini qurmadı, həmçinin yeni Azərbaycan insanını yaratdı”.

Daha sonra tədbirdə çıxış edənlər “İstiqlaliyyət küçəsi 6” Ərazi Partiya Təşkilatının sədri Mikayıl Zeynalov,“Nizami 72” Ərazi Partiya Təşkilatının sədri Yasin Qarayev, “İstiqlaliyyət küçəsi 8” Ərazi Partiya Təşkilatının sədri Orxan Ağayev, “Üzeyir Hacıbəyov küçəsi 34” Ərazi Partiya Təşkilatının sədri Soltanəli Qurbanov,”S.Y.Bakuvi 14” Ərazi Partiya Təşkilatının sədr müavini Səbuhi Gülməmmədovda Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan danışıblar.

Sonda Allahverdi Hacıyev 75 illik yubileyi münasibəti ilə YAP Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib.


 
 

Baxış sayı: 215
  • 21-04-2022, 10:37