AZ   |   RU
Dünyanın ən bahalı villalarından biri satışa çıxarılır - Almaq istəyənlər arasında Bill Qeyts də var - VİDEO

İtaliyada dünyanın ən bahalı villalarından biri satışa çıxarılır.

Missiya.Az
xəbər verir ki, evin qiyməti təxminən 963 milyon (471 milyon avro) manatdır.

XVI əsrdə inşa edilən evin adı “Guercino Aurora” ilahəsinin rəsmindən götürülüb və “Villa Aurora” adlandırılır.

Evin dəyərli olmasının səbəbi isə divarlarında Karavacco, Mikelancelo və Giovanni Francesco Barbieri kimi dünya şöhrətli rəssamların əsərlərinin olmasıdır.

Həmçinin villanın tavan şəkillərinin çoxunu rəssam Karavacco çəkib. Onun 1597-ci ildə çəkdiyi divar rəsminin qiyməti 597 milyon manat (310 milyon avro) dəyərindədir. Rəsmdə Roma tanrıları Yupiter, Neptun və Pluton təsvir olunub. Villanın bağçasında çoxlu heykəllər var və heykəllərdən birinin Mikelanceloya aid olduğu təxmin edilir.

Məlumata görə, villa hərrac yolu ilə satılacaq. “Villa Aurora”nın satış hərracında məşhur milyonçu Bill Qeyts və Bruney sultan Hassanal Bolkiahın da qatılacağı gözlənilir. 

Sevinc Hüseynova
Missiya.Az


  • 19-01-2022, 17:13