AZ   |   RU
“"Pencə-Qılınc” əməliyyatı zamanı 184 terrorçu məhv edilib” - Akar

Türkiyə Silahlı Qüvvələri “Pencə-Qılınc” əməliyyatı çərçivəsində 184-ə yaxın PKK/YPG terrorçusunu zərərsizləşdirib. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Quru Qoşunları Komandanlığının Ankaradakı əməliyyat qərargahında çıxış edən Akar, "Pencə-Qılınc” əməliyyatının başladığı gündən bu yana qurudan atəş dəstəyi və aviasiya ilə 184 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Əməliyyatın birinci mərhələsində terrorçuların 89 obyekti, o cümlədən sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar məhv edilib. Türkiyə Silahlı Qüvvələri mülki əhaliyə, ətraf mühitə, tarixi, mədəni və dini strukturlara zərər vurmamaq üçün əməliyyatların həm planlaşdırılması, həm də icrasında xüsusi həssaslıq nümayiş etdirir”, - deyə Akar vurğulayıb.

Nazir telefon danışığı zamanı əməliyyatın gedişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.


Daşqın Həsənov
Missiya.Az


  • 22-11-2022, 10:59