AZ   |   RU
Türk ordusu mənsubları daha 1 il Azərbaycanda qalacaq

Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun Azərbaycanın Ağdam ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki mandatının daha bir il uzadılması haqqında qanun layihəsini təsdiqləyib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, müvafiq fərmanın mətni rəsmi qəzetdə dərc olunub.

Bildirilir ki, ötən gün Böyük Millət Məclisi Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türk hərbçilərinin mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini müzakirə edərək qəbul edib.

“Türk hərbçiləri iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişin müddəalarından çıxış edərək, Türkiyənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində atəşkəsə riayət etməyə davam edəcək”, - deyə mətndə vurğulanıb.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Türkiyə Xarici İşlər Nazirliyi ölkənin Silahlı Qüvvələrinə bir il müddətinə Azərbaycana hərbi personal göndərmək səlahiyyəti verib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 2-11-2022, 10:20