AZ   |   RU
Ramil Həsənin təşəbbüsü və Missiya Media Qrupunun dəstəyi ilə Ucarda bayram sovqatı paylanıb - FOTOLAR
 
91 saylı Ucar Seçki Dairəsindən Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonunda şəhid ailələri, qazilər və seçicilərilə görüş keçirib.  

Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının qərargahında keçirilən görüşdən öncə Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva və Missiya Media Qrupunun nümayəndələri ilə birlikdə ilk öncə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.

Daha sonra keçirilən görüşdə deputat Ramil Həsən əvvəlcə iştirakçıları Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Millət vəkili dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq onların yaşayış və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlardan geniş şəkildə bəhs edib. Ramil Həsən qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət  bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Millət vəkili daha sonra görüşdə iştirak də şəhid ailələrini, qaziləri dinləyib, onların qayğılandıran məsələlərlə maraqlanıb, mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını deyib.  

Tədbirin sonunda millət vəkili Ramil Həsənin təşəbbüsü və Missiya Media Qrupun dəstəyi ilə şəhid ailələri və qazilərə Ramazan bayramı sovqatı paylanıb. Bayram sovqatları  mobil qruplar vasitəsilə rayonun müxtəlif kəndlərində yaşayan şəhid ailələri və qazilərə də təqdim olunub. Şəhid ailələri və qazilərlə görüşün ardınca Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzi və Yuxarı Şilyan kəndində seçicilərini qəbul edib.  

Qeyd edək ki, millət vəkili Ramil Həsənin Ucar rayonundakı görüşlərində onu Missiya Media Qrupunun nümayəndələri də müşayət edib.

Missiya.Az





 









  • 29-04-2022, 17:43