AZ   |   RU
Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmaq istəmir


Rusiya ilə münaqişə yaranarsa, o zaman Tbilisi Moskva ilə üz-üzə qalacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

O, bildirib ki, bu səbəbdən Gürcüstan tərəfi anti-Rusiya sanksiyalarına qoşulmaq istəmir, çünki sanksiyalar Moskvaya qarşı müharibənin başlanğıcıdır.

Papuaşvili qeyd edib ki, öz fikrini heç kimin döyüşmək fikrində olmadığı Ukraynadakı vəziyyətə əsasən formalaşdırıb. Maksimum kömək - silah təchizatıdır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-05-2023, 12:42