AZ   |   RU
Ukraynaya uzaqmənzilli raketlər veriləcək


“Bizə uzaqmənzilli silahların verilməsinə dair qərar qəbul edilib”.

Missiya.Az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, silah tədarükü baxımından Ukrayna ordusu NATO standartlarına cavab verir: “Artıq tank bölmələrimiz də formalaşdırılır. Tezliklə Ukraynada ballistik raketlər və SAMP-T hava hücumundan müdafiə sistemləri də olacaq”.

Malyar vurğulayıb ki, döyüş təyyarələrinin tədarükü ilə əlaqədar da müzakirələr gedir: “Bu danışıqlar da müsbəti nəticələnəcək”.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 23-02-2023, 16:23