AZ   |   RU
Makron: Rusiya məğlub olmayana qədər Ukraynada sülh olmayacaq

Rusiya məğlub olmayanadək Ukraynada sülh olmayacaq.

Missiya.Az
"APA"ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında deyib.
Makron Ukrayna və Rusiya arasında dialoq vaxtının hələ yetişmədiyini vurğulayıb:

“Dialoq saatı hələ yetişməyib, çünki Rusiya müharibəni seçir. Rusiya mülki infrastrukturu hədəf seçir və hərbi cinayət törədir. Rusiyanın hücumu uğursuz olmalıdır”.

Makron qeyd edib ki, Ukraynanın danışıqlar masasına məqbul şərtlərlə getməsi və ukraynalıların istədikləri uzunmüddətli sülh üzərində işlənilməsi üçün birlik və qətiyyət vacibdir.

Makron Rusiyanın gələcəkdə məğlubiyyətə məhkum olduğunu, Rusiyanın təcavüzünün Ukraynanın dövlətçiliyini möhkəmləndirdiyini, Finlandiya və İsveçin NATO-ya qoşulmaq üçün müraciət etməsi ilə nəticələndirdiyini və Avropa ölkələrini özünümüdafiələri haqqında daha çox düşünməyə vadar etdiyini qeyd edib.

Fransa Prezidenti Avropa İttifaqını müdafiə xərclərini artırmağa çağırıb, Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrin və sənaye nümayəndələrinin iştirakı ilə Avropada Hava Hücumundan Müdafiə Konfransının keçirilməsini təklif edib.


  • 17-02-2023, 18:51