Cümə axşamı 15 May 2025 / 16:07:24
                    AZ   |   RU
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib

 

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 32995:2025 “Toxuculuq məmulatları. Elektrostatik sahə gərginliyinin ölçülməsi metodu”  yeni dövlət standartını qəbul edib. 

Missiya.Az AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartının qəbulu toxuculuq məmulatlarında elektrostatik sahənin gərginliyinin ölçülməsi metodunu müəyyən etmək və daha yüksək keyfiyyətli məhsulların istehsalı məqsədini daşıyır. 

Sözügedən standart “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) konsensus əsasında qəbul edilib, AZSTAND onu Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən dövlət standartı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında” milli texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad standartı kimi qəbul olunub.  




  • 13-05-2025, 11:19