AZ   |   RU
Xameneinin müşaviri HƏMAS lideri ilə görüşüb


Bu gün İranın ali dini lideri Seyid Əli Xameneinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Dohada HƏMAS lideri Məhəmməd Dərvişlə görüşüb.



Missiya.Az xəbər verir ki, bu barədə İranın “Tabnak” saytı məlumat yayıb.


Bildirilib ki, görüşdə Qəzzadakı son proseslər müzakirə edilib. 


Bundan əlavə Xərrazi İranın Fələstinə və HƏMAS-a dəstək verəcəyini qeyd edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 17:03