AZ   |   RU
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya gedib

İsrail Xarici işlər naziri Gideon Saar Yaponiyaya gedib. 


Missiya.Az xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat yayıb. 


Bildirilib ki, bu, son 15 il ərzində İsrail XİN rəhbərinin Yaponiyaya ilk səfəridir. 


Üç günlük səfəri zamanı Saar Yaponiyanın xarici işlər naziri Takeşi İvaya, Yaponiya-İsrail parlament dostluq qrupunun üzvləri və digər yüksək səviyyəli rəsmilər ilə görüşəcək. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 11:39