AZ   |   RU
İran rus qırıcıları, helikopterləri və HHM sistemləri alır

"İranın Rusiyadan aldığı “Su-35” döyüş təyyarələri bu il ölkəyə gətiriləcək. Ötən illər ərzində Rusiyadan “Su-30” qırıcılarının alınması ilə bağlı mövcut fərziyyələr daha da güclənib.

Missiya.Az  “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki,  bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəriməlumat verib.

İran Aerokosmik Qüvvələrinin komandanı Əmir Vahedi isə Rusiyadan qırıcı təyyarələrinin alınması xəbərini təsdiqləyən müsahibəsində "Su-35" qırıcılarının alınmasının da İranın Aerokosmik Qüvvələrində olduğunu bildirərək deyib "Su-35" qırıcılarının alınması İslam Respublikasının Aerokosmik Qüvvələri sisteminin planındadır".
 
Aqil Musa
Missiya.Az

  • 16-01-2023, 11:08