AZ   |   RU
Kreml Putin-Zelenski görüşünə hazırlaşır

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında keçiriləcək görüşə hazırlıqların aparıldığını bildirib.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, Peskov danışıqların asan getmədiyini deyib.

“Bizim tərəfdən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak iştirak edir, müzakirə üçün mümkün mövzuların eskizləri var”,- deyə o vurğulayıb.

Prezidentin mətbuat katibi görüşün tarixinin müzakirə edilmədiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Peskov, Putinin Zelenski ilə ikitərəfli münasibətlər barədə danışmağa hazır olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Dmitri Kozak Ukrayna Prezidentinin ofisi ilə daim təmasdadır.


  • 20-05-2021, 14:44