AZ   |   RU
Si Cinpinin Səudiyyə Ərəbistanına səfərinin təfərrüatları məlum olub

"Biz bütün sahələrdə birgə əlaqələri inkişaf etdirməyi hədəfləyirik", 
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Si paytaxt Ər-Riyadda keçiriləcək Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Təşkilatı Zirvə toplantısına qatılacaq.
 
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çin liderinin Kral Salman Bin Əbdüləzizin dəvəti ilə ölkəyə səfər edəcəyi təsdiqlənərkən, görüşün ortaq əlaqələri inkişaf etdirmək məqsədi daşıdığı qeyd edilib. 
Maraqlıdır ki, Si-nin səfəri ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik dövrünə təsadüf edib və Vaşinqton öz qlobal strategiyasını Yaxın Şərqdən dəyişərək Asiya-Sakit Okean regionuna çevirib.
 
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin bu ilin əvvəlində Ər-Riyada səfəri onların münasibətlərində gözlənilən müsbət ab-havanı təmin edə bilməyib və Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi “OPEC+” mexanizminin bu ilin əvvəlində qəbul etdiyi qərarla iki ölkə arasında qarşıdurma yaranıb. 
 
Hadisələrin bu cür inkşafının fonunda ABŞ Konqresi neft qiymətlərini yüksəltmək üçün bu addıma cavab olaraq Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandırmağa çağırıb.
 
Digər tərəfdən, ABŞ-ın Yaxın Şərqdən marağının dəyişməsi ilə yaranacaq iqtisadi və siyasi güc boşluğunu doldura biləcək gücün Çin olacağı ilə bağlı şərhlər var.
 
Aqil Musa
Missiya.Az

Baxış sayı: 98
  • 7-12-2022, 11:31