AZ   |   RU
BMT biomüxtəliflik üzrə konfrans keçirəcək

Dekabrın 7-dən 19-dək Kanadanın Monreal şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) biomüxtəliflik üzrə konfransı keçiriləcək.

Missiya.Az
xəbər verir ki, bu barədə BMT-nin saytı məlumat paylaşıb.

Məlumata əsasən, konfrans iştirakçıları flora və faunanın bir çox növlərinin sürətlə yox olmasının qarşısını almaq üçün təcili tədbirlər müəyyən edilən tarixi saziş bağlamağı planlaşdırırlar.

Bu gün planetimizdə canlı təbiətin müxtəlif növləri dinozavrların nəsli kəsildiyi dövrdən bəri ən geniş miqyasda məhv olmaqdadır. Alimlər hesab edirlər ki, bu tendensiyanı geri çevirmək mümkündür. Monrealda keçiriləcək forumda təbii ehtiyatların yox olmasının qarşısının alınması üzrə strategiya qəbul etmək nəzərdə tutulur.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-12-2022, 17:08