AZ   |   RU
İranda azərbaycanlı fəala 18 ay həbs cəzası verildi

İranda Fərşid Mühaciri adlı soydaşımız 18 ay müddətinə azadlıqdan məhrum edilib və onun üçün bir vəkil də təyin olunmayıb. 

Missiya.Az
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, o, İranın hökumət qüvvələri tərəfindən Zəncan şəhərində tutulan azərbaycanlılardan biridir.

Fərşid Mühaciri qırtlağında problemlər olduğu üçün tam nitq qabiliyyətinə malik olmasa da, məhkəmə onu videokonfrans vasitəsilə müdafiəsini etməyə məcbur edib. 

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 2-12-2022, 14:59