AZ   |   RU
Rossotrudniçestvo əməkdaşlarına viza verilmədi

Almaniyanın Moskvadakı səfirliyi ölkədəki rus mədəniyyəti ilə bağlı tədbirdə iştirak etməli olan bir sıra  Rossotrudniçestvo əməkdaşlarına viza verməkdən imtina edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Almaniyanın Moskvadakı səfirliyi, xüsusən Rossotrudniçestvo, yerli mədəniyyət və təhsil müəssisələri, o cümlədən Dostoyevskinin yaradıcılığı və irsi üzrə nüfuzlu mütəxəssisləri təmsil edən bir sıra rusiyalı iştirakçılara giriş vizalarını verməkdən imtina edib", - diplomat bildirib.

Moskva vizaların verilməməsini Berlinin anti-Rusiya siyasətinin növbəti təzahürü kimi görür. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Almaniyanın hərəkətləri iki ölkə arasındakı münasibətlərin bütün komponentlərini, o cümlədən humanitar əlaqələri pozmağa yönəlib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 30-11-2022, 17:32