AZ   |   RU
Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib ola bilər- Pentaqon

“Çin hazırkı sürətini qoruyub saxlayarsa, 2035-ci ilə qədər təxminən 1500 nüvə başlığı yerləşdirəcək” 
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Pentaqon tərəfindən hazırlanan hesabatda növbəti 10 il ərzində nüvə potensialının modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində intensiv işiləri davam etdirən Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığı yerləşdirəcəyi iddi olunub.
 
Pentaqon Çində mövcud nüvə başlıqlarının sayının 400-ü keçdiyinini proqnozlaşdıraraq nüvə modernləşdirmə prosesini 2035-ci ilə qədər başa çatdırmağı hədəflədiyi bildirib.
  
196 səhifəlik hesabatda ABŞ-ın 2049-cu ilə qədər böyük Çinin sivilizasiyasını yenidən qurmaq siyasətinə maneə kimi baxdığı əks olunub.
 
Çinin Tayvana qarşı təxribatçı əməliyyatlarını artırdığı bildirilən hesabatda, Çin ordusunun adaya hücum edərək realist təlimlər keçirdiyinə dair məlumat verilib.
 
Aqil Musa
Missiya.Az
 

  • 30-11-2022, 13:05