AZ   |   RU
Aİ maliyyə nazirləri Ukraynaya 5 milyard avro kredit ayırmaq barədə razılığa gəlib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Praqada keçirilən qeyri-rəsmi görüşünün iştirakçıları Ukraynaya kredit kimi 5 milyard avro ayırmaq barədə razılığa gəliblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Slovakiyanın baş nazirinin müavini və maliyyə naziri İqor Matoviç bildirib.

“Biz Ukraynaya kredit kimi 5 milyard avro ayırmağa razılaşdıq. Bu məbləğ bir ay ərzində Ukraynanın maliyyə ehtiyaclarını ödəyəcək”, - İ.Matoviç deyib.


Baxış sayı: 100
  • 9-09-2022, 21:15