AZ   |   RU
Küçədəki məsumlar - Mərhəmət, sevgi...

Küçədə, ya metro keçidində və ya fərqli bir yerin küncünə qısılıb yatanlar... Elələri var ki, yanımıza gələrək yemək, sevgi, mərhəmət umur. Əslində, hamısı həm qidalanmağı, həm qayğı görməyi arzulayır... Söhbət müsbət enerjiləri və şirinlikləri ilə könülləri oxşayan pişiklərdən gedir. Bəli, Allahın yaratdığı o məsum varlıqlar...



Genişürəkli insanlar da adı çəkilən heyvanların qarşısına çıxır, duyğusuz, qəddarları da. Həmin ürəkləri buzla əhatələnmiş adamlar ya pişikləri qışqıraraq qovur, ya da fiziki baxımdan bu günahsız canlıları incidir, hətta döyür və öldürənlərin sayı da az deyil. Onlara iyrəncmiş kimi, kobud, sərt yanaşırlar, bir bilsələr ki, əslində öz kir bağlamış düşüncə tərzlərini düzəltməlidirlər. Fikir vermiş olarsınız, pis davranış gördüklərinə görə pişiklərə yaxınlaşan zaman əsasən bizdən qaçırlar, qorxurlar.


Peyğəmbərimiz (s.ə.s) pişik barədə belə bir dəyərli kəlam deyib: "O, murdar deyil, o sizin ətrafınızda dolaşanlardandır". 


Özümüzdən zəif olan canlıları əzməyək, onlara biraz qida və suyu çox görməyək. Sözügedən varlıqlara mərhəmət göstərə bilmədikdən sonra insan adını nə dərəcədə özümüzə layiq görə bilərik. Müdriklər necə deyib: Sevgi ilə gözəlləşir insan


Qəlbini qəzəblə bəsləyən şəxslər, istəsəniz siz də bacararsınız mərhəmət sahibi olmağı əgər həqiqətən istəsəniz... 


Son günlər yayın çox isti dövrünü yaşayırıq məsum heyvanlar ən çox elə həmin mövsümdə, bir də çox soyuqda əziyyət çəkir. Biganə qalmayaq, axı Allah hər birimizə qəlb bəxş edib. Pislik etməyin asan hala gəldiyi bir vaxtda yaxşı olmaqdan əl çəkməyək.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Bu gün, 09:23